ARDI sertifikatı nədir? İtaliya üçün ödənişsiz diplom arayışı
ARDI — CIMEA-nın İtaliya üçün verdiyi ödənişsiz, onlayn comparability arayışıdır. Diplomunuzun İtaliya sistemindəki qarşılığını dəqiqələrlə göstərir. Necə alınır və nə vaxt yetmir.

İtaliya üçün diplom sənədləri arasında ən rahatı ARDI-dir, çünki ödənişsizdir və onlayn alınır. ARDI CIMEA-nın xüsusi olaraq İtaliya üçün hazırladığı comparability arayışıdır: diplomunuzun İtaliya təhsil sistemində nəyə uyğun gəldiyini göstərir. Bu yazıda onun nə olduğunu, necə alındığını və nə vaxt yetmədiyini izah edirik.
Digər iki sənədlə birlikdə oxuyun: DoV nədir və CIMEA Verification və Comparability nədir.
ARDI diplomunuzun kateqoriyasını İtaliya sisteminə uyğunlaşdırır. Məsələn, “Azərbaycan tam orta təhsil attestatı 11 illik təhsilə bərabərdir və İtaliyada universitetə girişə imkan verir” kimi rəsmi qarşılıq verir. Bu, universitetə qəbul və viza prosesində diplomunuzun səviyyəsini göstərmək üçün istifadə olunur.
Burada ən çox edilən səhv var. ARDI diplomun səviyyəsini təsdiqləyir, ancaq həqiqiliyini yoxlamır. Yəni “bu konkret diplom doğrudanmı verilib” sualına cavab vermir. Yeni MUR qaydaları diplomun fərdi həqiqiliyini də istədiyi üçün çox halda ARDI tək başına yetmir.
| Sənədləriniz | Nəticə |
|---|---|
| Yalnız ARDI | Çox vaxt yetmir — həqiqilik yoxlanmır |
| ARDI + CIMEA Verification | Tam paket |
| DoV + CIMEA Verification | Tam paket |